Biz kimik?
Aztelco Group – müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirən, dinamik və çevik bir idarəetmə mərkəzidir. Biznesdən-biznesə (B2B) münasibətlərə əsaslanan yanaşmamızla Aztelco Group olaraq korporativ idarəetmədə innovativ həlləri tətbiq edirik. Hazırda Aztelco Group-un portfelində müxtəlif sahələr üzrə ixtisaslaşmış şirkətlər - informasiya texnologiyaları, rəqəmsal reklam, təmir və tikinti, nəqliyyat, audit və maliyyə üzrə konsaltinq, təmizlik xidmətləri və digər sahələrdə fəaliyyət göstərən müəssisələr yer alır. Qrup daxilində 1,500-ə yaxın yerli və beynəlxalq peşəkar mütəxəssis çalışır. Biz əməkdaşlarımızın inkişafını, iş mühitində innovasiyanı və yüksək nəticələri prioritet hesab edirik.
Aztelco Group MMC olaraq məqsədimiz, innovativ texnologiyaları, yüksək keyfiyyət standartlarını və peşəkar yanaşmanı birləşdirərək, telekommunikasiya, informasiya texnologiyaları, tikinti və konsaltinq sahələrində effektiv və davamlı həllər təqdim etməkdir. Biz, müştərilərimizin uğurlarına töhfə verməklə yanaşı, cəmiyyətin inkişafında da fəal iştirak edirik.

Dəyərlərimiz
Biz yeni texnologiyalara açığıq və iş proseslərində rəqəmsal alətləri tətbiq edərək effektivliyi və müştəri məmnuniyyətini artırırıq. Yeni biliklər, təcrübələr və peşəkar inkişaf imkanları ilə dəyər yaradırıq.
Uğur birlikdə mümkün olur. Biz açıq ünsiyyətə, qarşılıqlı hörmətə və birlikdə qərar qəbul etməyə inanırıq. Müxtəlif sahələri təmsil edən komandaların birgə çalışması ilə daha güclü nəticələrə nail oluruq.
Etibar qazanmaq üçün sözümüzlə əməlimiz üst-üstə düşməlidir. Biz dürüstlüyü, şəffaflığı və məsuliyyəti əsas prinsip kimi qəbul edirik və bütün tərəfdaşlıqlarda uzunmüddətli etimada əsaslanırıq.
Biz nəticəyə fokuslanırıq. Qoyulan hədəflərə çatmaq üçün resurslardan səmərəli istifadə edir, ölçülə bilən nəticələrə yönəlmiş şəkildə çalışır və davamlı inkişaf üçün məsuliyyət daşıyırıq.
Xidmətlərimiz