Strateji yanaşma
birgə nailiyyət

Biz kimik?

Aztelco Group – müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirən, dinamik və çevik bir idarəetmə mərkəzidir. Biznesdən-biznesə (B2B) münasibətlərə əsaslanan yanaşmamızla Aztelco Group olaraq korporativ idarəetmədə innovativ həlləri tətbiq edirik. Hazırda Aztelco Group-un portfelində müxtəlif sahələr üzrə ixtisaslaşmış şirkətlər - informasiya texnologiyaları, rəqəmsal reklam, təmir və tikinti, nəqliyyat, audit və maliyyə üzrə konsaltinq, təmizlik xidmətləri və digər sahələrdə fəaliyyət göstərən müəssisələr yer alır. Qrup daxilində 1,500-ə yaxın yerli və beynəlxalq peşəkar mütəxəssis çalışır. Biz əməkdaşlarımızın inkişafını, iş mühitində innovasiyanı və yüksək nəticələri prioritet hesab edirik.

Missiyamız

Aztelco Group MMC olaraq məqsədimiz, innovativ texnologiyaları, yüksək keyfiyyət standartlarını və peşəkar yanaşmanı birləşdirərək, telekommunikasiya, informasiya texnologiyaları, tikinti və konsaltinq sahələrində effektiv və davamlı həllər təqdim etməkdir. Biz, müştərilərimizin uğurlarına töhfə verməklə yanaşı, cəmiyyətin inkişafında da fəal iştirak edirik.

about

Dəyərlərimiz

İnnovasiya və davamlı inkişaf

Biz yeni texnologiyalara açığıq və iş proseslərində rəqəmsal alətləri tətbiq edərək effektivliyi və müştəri məmnuniyyətini artırırıq. Yeni biliklər, təcrübələr və peşəkar inkişaf imkanları ilə dəyər yaradırıq.

Komanda işi və əməkdaşlıq

Uğur birlikdə mümkün olur. Biz açıq ünsiyyətə, qarşılıqlı hörmətə və birlikdə qərar qəbul etməyə inanırıq. Müxtəlif sahələri təmsil edən komandaların birgə çalışması ilə daha güclü nəticələrə nail oluruq.

Etibarlılıq

Etibar qazanmaq üçün sözümüzlə əməlimiz üst-üstə düşməlidir. Biz dürüstlüyü, şəffaflığı və məsuliyyəti əsas prinsip kimi qəbul edirik və bütün tərəfdaşlıqlarda uzunmüddətli etimada əsaslanırıq.

Nəticəyönümlülük

Biz nəticəyə fokuslanırıq. Qoyulan hədəflərə çatmaq üçün resurslardan səmərəli istifadə edir, ölçülə bilən nəticələrə yönəlmiş şəkildə çalışır və davamlı inkişaf üçün məsuliyyət daşıyırıq.

Xidmətlərimiz

Konsaltinq və Dəstək Xidmətləri
  • Maliyyə-mühasibatlıq xidmətləri və vergi məsləhətləri
  • Audit, daxili nəzarət və risklərin qiymətləndirilməsi xidmətləri
  • İnsan resursları üzrə strateji yanaşmalar və əməliyyat dəstəyi
Telekommunikasiya İnfrastrukturunun Qurulması
  • Telekommunikasiya xətlərinin layihələndirilməsi, çəkilişi və texniki dəstəyi
  • Data və baza stansiyalarının tikintisi, quraşdırılması və istismarı
  • Fiber-optik və genişzolaqlı rabitə şəbəkələrinin qurulması və dəstəklənməsi
Rəqəmsal Texnologiyalar üzrə həllər
  • İT avadanlıqlarının lisenziyalanması, proqram təminatının satışı və quraşdırılması
  • Rəqəmsal reklam platformalarının yaradılması və idarə edilməsi
  • Onlayn xidmətlərin və rəqəmsal platformaların qurulması və dəstəklənməsi
İnformasiya texnologiyaları üzrə həllər
  • İT strategiyasının hazırlanması və rəqəmsal transformasiya proseslərinin həyata keçirilməsi
  • ERP sistemlərinin seçilməsi, tətbiqi və texniki dəstəklə idarə olunması
  • Kiber təhlükəsizlik sistemləri və məlumatların qorunması üzrə kompleks həllər
Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6
Slide 7
Slide 8
Slide 9
Slide 10
Slide 11
Slide 12
Slide 13
Slide 14